İdman

İngiltərə futbolunda "Nyukasl"dan sonra daha bir ərəb sərmayəsi

02 Jun 2026, 18:54 2 baxış
İngiltərə futbolunda "Nyukasl"dan sonra daha bir ərəb sərmayəsi
Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Türki Əl-Şeyx İngiltərə futboluna böyük sərmayə yatırmağı planlaşdırır. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, onun əsas hədəfində köklü "Derbi Kaunti" klubunun olduğu bildirilir. Ərəb funksionerin nümayəndə heyəti artıq klubun hazırkı sahibi Devid Klouzla ilkin danışıqlara başlayıb. Ehtimal olunan bu nəhəng müqavilə hazırda İngiltərənin Müstəqil Futbol Tənzimləyicisi (IFR) tərəfindən ciddi şəkildə araşdırılır. Qurum Türki Əl-Şeyxin klub sahibləri və direktorları üçün nəzərdə tutulan yeni tələblərə tam uyğun gəlib-gəlmədiyini dəqiqləşdirməlidir. Bu məsələdə ən çox diqqət çəkən məqam isə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) "Nyukasl Yunayted" klubunun nəzarət səhm zərfinə sahib olmasıdır. Tənzimləyici orqan Əl-Şeyxin "Derbi Kaunti"yə ehtimal edilən sərmayəsinin İngiltərə futbolunda hər hansı bir maraqlar toqquşmasına səbəb olmayacağına əmin olmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər