Dünya
Livanda İsraillə münaqişədən dəyən ziyan qiymətləndirildi
Livanın İsraillə müharibədən itkiləri 20 milyard dolları keçib və hərbi əməliyyatlar davam edərsə, 25 milyard dollara çata bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib. "Livanın maliyyə naziri Yassin Caber müharibədən dəyən zərərin 20 milyard dolları keçdiyini bəyan edib", - deyə məlumatda bildirilib. Nazir qeyd edib ki, iqtisadi və sosial zərərin tam miqyası yalnız hərbi əməliyyatlar bitdikdən və qaçqınlar dağıntılara məruz qalmış ərazilərə qayıtdıqdan sonra bəlli olacaq.
Mənbə
oxu.az