İdman
Azərbaycan millisinin Malta və San-Marino ilə oyunlarının hakimləri BƏLLİ OLDU
Azərbaycan milli komandasının iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək: 5 iyun 22:00. Azərbaycan - Malta Baş hakim: Mixali Kaprali Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa Dördüncü hakim: Tamaş Boqnar Sombatxey, "Haladaş" stadionu 9 iyun 22:00. Azərbaycan - San-Marino Baş hakim: Marton Ruş Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai Dördüncü hakim: Bençe Çsonka Sombatxey, "Haladaş" stadionu
Mənbə
oxu.az