Cəmiyyət

Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata 48 saatdan gec olmayaraq baxılması təklif olunur

02 Jun 2026, 17:59 16 baxış
Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata 48 saatdan gec olmayaraq baxılması təklif olunur
Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata 48 saatdan gec olmayaraq baxılması təklif olunur. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq. Mövcud qanunvericiliyə görə, bu müddət 24 saatdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər