Cəmiyyət

Əsədov Denis Şmıqalla görüşdü - Foto

02 Jun 2026, 17:30 11 baxış
Əsədov Denis Şmıqalla görüşdü - Foto

Bu gün Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.


Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.


Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.


Söhbət zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardımlara və mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər