İdman

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırdı - Rəsmi

02 Jun 2026, 14:48 18 baxış
"Qəbələ" iki futbolçusu ilə yollarını ayırdı - Rəsmi
"Qəbələ" futbol klubu heyətindəki iki oyunçu ilə yollarını rəsmən ayırıb. Bu barədə Oxu.Az-a bölgə təmsilçisindən məlumat verilib. Belə ki, komandanın şərəfini qoruyan Rza Cəfərov və Sambu Sissokonun icarə müqavilələrinin müddəti artıq başa çatıb. Bunun ardınca hər iki futbolçu məxsus olduqları əsas klublarının düşərgəsinə geri dönüblər. Qeyd edək ki, R.Cəfərov paytaxtın "Neftçi", S.Sissoko isə Fransanın "Valensiyen" klubundan 2025/2026-cı illər mövsümünün sonunadək icarə əsasında "Qəbələ"nin heyətinə cəlb olunmuşdu.
{{gallery}}
"Qəbələ" iki futbolçusu ilə yollarını ayırdı - Rəsmi "Qəbələ" iki futbolçusu ilə yollarını ayırdı - Rəsmi
Mənbə oxu.az

Oxşar Xəbərlər