Dünya

Günəşdə güclü partlayış baş verib

02 Jun 2026, 14:56 29 baxış
Günəşdə güclü partlayış baş verib
İyunun 2-də səhər Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "2 iyun tarixində Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45-də - red.) rentgen diapazonunda 5 dəqiqə davam edən M1.2 partlayışı (S22E89) qeydə alınıb", - deyə məlumatda bildirilib. Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər