Cəmiyyət
"Sağlam radio" iki yaşını qeyd edir - FOTO - VİDEO
Səhiyyə Nazirliyinin sıx əməkdaşlıq etdiyi "Sağlam radio" (93 FM) iki yaşını qeyd edir. Oxu.Az xəbər verir ki, ötən müddət ərzində sözügedən radio dinləyicilərə etibarlı tibbi məlumatların çatdırılması, sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi maarifləndirilməsi istiqamətində mühüm işlər görüb. 93 FM-də yüzlərlə həkim, Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri və bu sahəsinin rəsmi nümayəndələri çıxış edərək vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Bu gün "Sağlam radio" ölkəmizdə səhiyyə sahəsində ixtisaslaşmış aparıcı media platformalarından biri kimi fəaliyyətini uğurla davam etdirir. Oxu.Az kollektivi "Sağlam radio"nu və dinləyicilərini ikiillik yubiley münasibətilə təbrik edir, yeni uğurlar arzulayır.

Mənbə
oxu.az