İdman

Ançelotti Neymarın meydandakı mövqeyini dəyişdi

02 Jun 2026, 02:30 3 baxış
Ançelotti Neymarın meydandakı mövqeyini dəyişdi
Braziliya millisinə rəhbərlik edən Karlo Ançelotti ulduz futbolçu Neymarın komandadakı mövqeyi, eləcə də onun Vinisius Junior və Rafinya ilə rəqabəti barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Təcrübəli mütəxəssis Panama yığması ilə keçirilən yoldaşlıq oyunundakı qələbədən (6:2) sonra təşkil edilən mətbuat konfransında Neymarın cinahda yox, fərqli mövqedə çıxış edəcəyini vurğulayıb: "Neymar ona tapşırılan mövqedə oynamalıdır. O, cinahda yox, mərkəzdə çıxış etməlidir. Neymar vinger mövqeyində oynamayacaq. O, Vinisius və Rafinyanın daha əvvəl çıxış etdikləri sahədə - meydanın mərkəzində, hücumçu və ya hücumameyilli yarımmüdafiəçi mövqeyində yer alacaq". Xatırladaq ki, Braziliya yığmasının DÇ-2026 üçün heyətinə daxil edilən Neymar hazırda baldır əzələsinin zədəsindən sonra bərpa prosesi keçirir. 34 yaşlı hücumçunun təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər