Cəmiyyət

Bu gün Astarada işıq olmayacaq

02 Jun 2026, 01:22 1 baxış
Bu gün Astarada işıq olmayacaq

Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.


Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər