Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

02 Jun 2026, 01:00 3 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Astaranın bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilələr yaranacaq. Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib. "İyunun 2-də Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər