Cəmiyyət
Müşfiqabadda sakinlərin 20 illik çirkab sınağı: "Pəncərəni belə aça bilmirik" – VİDEO
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin Yeni Həyat küçəsində yaşayan sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildirirlər ki, onlar artıq 20 ilə yaxındır ki, bu problemdən əziyyət çəkirlər. Onların sözlərinə görə, binada yaranan kəskin üfunət isə normal yaşayışı demək olar ki, mümkünsüz edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər problemin hələ də həllini tapmadıqlarını bildirirlər. "Zirzəmi çirkab suları ilə doludur. Evdə ağcaqanad dərmanı yandırırıq, qoxudan oturmaq mümkün deyil. Həm üfunət, həm də ağcaqanadlara görə pəncərələri belə aça bilmirik", - deyə sakinlərdən biri narazılığını ifadə edib. Daha ətraflı videomaterialda:
Mənbə
oxu.az