Digər

Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid

01 Jun 2026, 16:42 3 baxış
Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid
Uzaqda Çıraqqalanın kölgəsində, Böyük Qafqazın cənub-şərqində yerləşən Şabranın Qazbabalı kəndində uşaqların həyatı asfalt yolun bitdiyi yerdən başlayır. Elə yerdə ki, məktəb yalnız ibtidai siniflə kifayətlənir, orta təhsil almaq üçün kilometrlərlə yol getməlisən. Bunun payızı, qışı, yazı, ayazı var...
Bu kəndin uşaqları üçün Bakı uzun illər xəritədə gördükləri, müəllimlərinin danışdığı uzaq bir şəhər idi. Bu il isə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü onların həyatında başqa cür yadda qaldı. Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" və "PAŞA Holding"in təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabranın Qazbabalı, Yenikənd, Əmirxanlı kəndlərində yaşayan aztəminatlı uşaqlar müəllimləri və valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robototexnika dərslərində iştirak etdilər, əyləncə mərkəzində vaxt keçirdilər, İçərişəhərin qədim küçələrində gəzərək Azərbaycanın tarixi ilə tanış oldular.
Bəlkə də tədbirin proqramında bunlar sadəcə bir neçə bənd idi. Amma uşaqların həyatında böyük macəra oldu. Uşaqlardan çoxu Bakıya ilk dəfə gəlirdi. Gözlərindəki heyrət əvəzolunmazdı. Hündür binalara maraqla baxanlar, İçərişəhərdə şəkil çəkdirənlər, robot düzəltmək üçün diqqətlə təlimçiləri dinləyənlər... Ən çox yaddaqalan isə onların sevincinin səmimiliyi idi.
Bu uşaqların çoxu təhsil almaq üçün çətinliklərlə üzləşirlər. Onların ən böyük dayaqlarından biri isə iki ildən artıqdır ki, kilometrlərlə yol qət edərək kəndə gələn jurnalist və müəllim Coşqun Eldaroğludur. Qazbabalıda məktəbdən kənarda qalan uşaqların təhsildən uzaq düşməməsi üçün başladığı təşəbbüs artıq onlarla uşağın həyatına toxunub. Dar otaqda keçirilən dərslərdə onlar Azərbaycan dili, riyaziyyat, ingilis dili və dünyagörüşü öyrənirlər. Amma Coşqun müəllimin verdiyi yalnız dərs deyil. O, uşaqlara başqa bir dünyanın mövcud olduğunu göstərir.
Bu dəfə həmin dünya onların qarşısında bütün rəngləri ilə açılmışdı. Robototexnika üzrə master-klas zamanı məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. Öz qurduqları mexanizmlərin hərəkət etdiyini görəndə üzlərində yaranan təbəssüm, təəccüb və özünə inam hər şeydən çox danışırdı. Sonra əyləncə mərkəzi gəldi. Qaçan, oynayan, əylənən uşaqların sevincini sözlə ifadə etmək çətindir. Günün sonunda İçərişəhər onları əsrlər öncəsinə aparırdı. Qədim qala divarları, küçələr, tarixi məkanlar...
Bəzilərinin həyatında ilk dəfə gördüyü Bakı xəyal etdiklərindən böyük idi. Xəzərə necə heyrətlə baxdığını görmək daha çox düşünməyə vadar edirdi. Hər gün qarşısından etinasız keçdiyimiz binalar, evlər, mollar və elə dənizin özü, sən demə, bir başqaları üçün əlçatmaz arzu kimi ürəkdə böyüyürmüş. Və sən demə, daha çox şeyin qədrini bilməliyikmişik... Amma bu səfərin ən qiymətli hissəsi nə robotlar, nə əyləncə mərkəzi, nə də ekskursiya idi. Ən qiymətlisi həmin uşaqların gözlərində görünən ümid idi.
Çünki Qazbabalıda böyüyən bir uşaq üçün Bakını görmək adicə səyahət deyil. Bu, başqa imkanların da mövcud olduğunu anlamaqdır. Robot hazırlayan uşaq bəlkə ilk dəfə mühəndis ola biləcəyini düşünür, İçərişəhərdə gəzən qız tarixçi olmağı xəyal edir. Əyləncə mərkəzində doyunca gülən uşaq isə hiss edir ki, onun da arzuları başqalarının arzuları qədər dəyərlidir. Ən çox heyrətləndirən Mərdanov Ağarza oldu. O, oftalmoloq olmaq arzusundadır. Özü də dediyi kimi, görməyən insanların gözünə işıq vermək istəyir. Bu arzunun altında əslində daha böyük məna, dərin ideya yatır... Günün sonunda avtobus yenidən Şabrana yola düşdü. Amma geri qayıdan uşaqlar səhər Bakıya gələn uşaqlar deyildilər. Özləri ilə yalnız xatirələr yox, ümid aparırdılar...
{{gallery}}
Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid Şabrandan Bakıya: Bir günə sığmayan sevinc, bir ömrə bəs edəcək ümid
Mənbə oxu.az

Oxşar Xəbərlər