Digər
Fransanın tankeri saxlamasına Rusiyadan reaksiya
Fransa hakimiyyəti tərəfindən Rusiyadan gələn tankerin saxlanılması qanunsuzdur.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bu cür hərəkətləri qanunsuz və beynəlxalq piratçılığa xas hesab edirik. Onların beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilməsi ilə qətiyyən razı deyilik”, - o bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bir sıra ölkənin köməyi ilə Rusiyadan gələn tankerin saxlanıldığını açıqlamışdı.
Mənbə
axar.az