İranda “Qandı” mahnısı trend oldu – Video
İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətindən (Türkmən-Səhra) olan Emin Rasenin “Qandı” adlı yeni mahnısı sosial mediada milyonlarla baxış sayı qazanıb və son həftələrin ən çox izlənilən mahnılarından biri olub.
Kult.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.
Rasen yeni mahnısında türkmənlər, Xəzər dənizi, Ceyhun çayı və türkmənlərin mədəni köklərini tərənnüm edir.
İranda geniş fəaliyyətinə icazə verilmədiyi halda Rasenin mahnıları Türkmən-Səhra bölgəsindən kənara yayılıb, Orta Asiyada, xüsusən də Türkmənistan, Rusiya Federasiyası və Özbəkistanda rəğbətlə qarşılanıb.
Emin Rasenin oxuma tərzi türkmən musiqisinin kökləri və müasir repdəki innovasiyanın birləşməsidir. Bu isə bir çox izləyici üçün yeni və fərqli görünən birləşmə olduğu üçün onun ifalarının sürətlə yayılmasına səbəb olub.