Digər

Kim Çen İn ağıllıdır, diktator deyil - Lukaşenko

01 Jun 2026, 15:45 1 baxış
Kim Çen İn ağıllıdır, diktator deyil - Lukaşenko

Şimali Koreya lideri Kim Çen İn məndə çox yaxşı təəssürat yaratdı.


Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın Primorsk diyarının qubernatoru Oleq Kojemyakovla görüşündə deyib.


“O, ağıllı, perspektivli, əməkdaşlığa yönəlmiş bir gəncdir və heç də diktator deyil. Bir vaxtlar müzakirə etdiyimiz kimi, KXDR ilə ticarətdə bizə vasitəçilik xidmətləri göstərməyinizə həqiqətən də ümid edirik. Çünki heç kimin Kim Çen İnlə sizin kimi münasibəti yoxdur. O, mənə sizin haqqınızda çox danışdı və bu fikri dəstəklədi”, - Lukaşenko bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər