Digər

1559-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

01 Jun 2026, 14:51 3 baxış
1559-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1559-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 154 322 PUA-sı, 661 zenit-raket kompleksi, 29 568 tank və digər zirehli texnikası, 1 729 reaktiv yaylım atəş sistemi, 35 166 artilleriya və minaatanı, 63 022 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər