Digər
Rusiya Ermənistanın bu məhsulundan da imtina etdi
Ermənistan iyunun 2-dən etibarən yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, bütün şirkətlərindən Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılmasını dayandırmalıdır.
Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”dan məlumat verilib.
Qurumdan bildirilib ki, 2026-cı il mayın 21-dən 27-dək “Rosselxoznadzor” Ermənistandakı balıq emalı zavodlarını yoxlayıb və forel təsərrüfatlarına baş çəkib.
Lakin obyektlərin 50%-i yoxlamadan imtina edib.
Qeyd edək ki, Rusiya 30 may tarixindən etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırmışdı. 22 maydan isə “Cermuk” mineral suları və şərablarının idxalı dayandırılmışdı.
Mənbə
axar.az