Digər
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib
"McDonald's Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib. "McDonald's"ın Şüvəlan qəsəbəsində yerleşən restoranında 50-dən çox uşaq bir araya gəlib. Qonaqlar üçün nahar, oyunlar və bayram proqramı təşkil olunub, gün isə uşaq əyləncə mərkəzinə səfər və hədiyyələrin təqdim edilməsi ilə yekunlaşb. Tədbir "McDonald's Azərbaycan" və DSMF arasında 2024-cü ilin fevral ayında imzalanmış memorandumla rəsmiləşdirilən əməkdaşlıq çərçivəsində keçirilib. Bu müddət ərzində tərəflər şəhid ailələrindən olan birinci sinif şagirdlərinin məktəb ləvazimatları ilə təmin edilməsindən beynəlxalq fənn olimpiadalarının iştirakçılarının dəstəklənməsinə, yay istirahətinin təşkili, uşaqların beynəlxalq idman yarışlarında iştirakına və müxtəlif tarix və hadisələrə həsr olunan bayram tədbirinin keçirilməsinə qədər bir sıra sosial və təhsilyönümlü təşəbbüslər həyata keçiriblər. Bayram, təhsil və sosial layihələr şəhid və qazi ailələrinin uşaqlarına dəstəyə yönəlmiş "McDonald's Azərbaycan" və DSMF-in birgə təşəbbüslərinin vacib hissəsi olaraq qalmaqda davam edir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az