Paşinyan Putinin təklifini rədd etdi
Hazırda AB ilə Aİİ arasında seçimlə bağlı referendum keçirmək məntiqli deyil, İrəvan Aİİ və AB arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu referendumun nə vaxt keçiriləcəyi də vacib bir sualdır. Ən azından Ermənistan rəsmi olaraq AB-yə üzvlük üçün müraciət edənə və ya üzvlüyə namizəd statusu almağa yaxın olana qədər hər hansı bir referendum keçirmək məntiqsizdir. Çünki mahiyyət etibarilə heç bir əsas, heç bir tarazlıq formalaşmayıb ki, xalqa bu və ya digər yolu seçmək imkanı verə bilək. Bu gün bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq o qədər də düzgün deyil“, - o bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Ermənistanda Aİİ və AB arasında seçim etmək üçün referendum keçirilməli olduğunu dilə gətirib.