Digər

ABŞ İrana yaxınlaşan gəmini sıradan çıxardı

30 May 2026, 20:41 2 baxış
ABŞ İrana yaxınlaşan gəmini sıradan çıxardı

ABŞ ordusu İran limanına gedən ticarət gəmisini sıradan çıxarıb.


Axar.az xəbər verir ki, bu barədə AP mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Qambiya bayrağı altında üzən “Lian Star” yük gəmisi ABŞ ordusunun bir neçə xəbərdarlığına məhəl qoymayıb. Daha sonra ABŞ qüvvələri gəminin hərəkətini dayandırmaq üçün aviasiyadan istifadə ediblər.


Məlumata görə, gəmi hazırda Oman körfəzində suyun axını ilə hərəkət edir.

Mənbə axar.az

Oxşar Xəbərlər