Kliçkodan gözlənilməz: Ruslara yarışlar qadağan edilməməlidir
Ukraynalı idmançıların ruslar və belaruslularla yarışmalarına qadağa qoyulmamalıdır, amma onlar məğlub edilməlidir.
Axar.az xəbər verir ki, bunu məşhur ukraynalı boksçu Vladimir Kliçko Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumunda bildirib.
Onun sözlərinə görə, Rusiya və Belarus idmançıları ilə idman yarışlarından qaçmağa ehtiyac yoxdur. Onlarla yarışmağa, qalib gəlməyə və Ukraynanın daha güclü olduğunu sübut etmək lazımdır:
"Əgər mən idman naziri olsaydım, idmançılarımızın Rusiya və Belarus idmançılarının qatıldığı turnir və yarışlarda iştirakını qadağan etməzdim. Məncə, bu cür tədbirləri boykot etmək səhvdir. Biz bununla mübarizə aparmalıyıq. Harada olursa olsun, səsimizi çıxarmalı və qalib gəlməliyik. Biz çıxıb Ukrayna bayrağını qaldırmalıyıq".