Digər

İsrail də bizə qoşula bilər, bu şərtlə... - Fidan

30 May 2026, 15:10 37 baxış
İsrail də bizə qoşula bilər, bu şərtlə... - Fidan

Yaxın Şərqdə region ölkələrinin bir-birinin ərazi bütövlüyünə hörmət etdiyi bir struktur yaradıla bilər.


Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Nikkei Asia” qəzetinə verdiyi açıqlamada deyib.


Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələrinin bu struktura daxil ola biləcəyini deyən nazir bildirib ki, vəziyyət normallaşarsa, İranın da bu quruma qoşula bilər.


O, həmçinin İsrailə də təkliflə yanaşıb. Fidan, İsrailin 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətini tanıdığı təqdirdə bu platformada da iştirak edə biləcəyini bildirib:


“Əgər bu məsələ həll olunarsa, inanıram ki, İsrailin təhlükəsizliyi regional ölkələr tərəfindən əhəmiyyətli dəstək alacaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər