Digər

Qaçqınları daşıyan yük maşını aşdı: 18 ölü, 30 yaralı - Video

30 May 2026, 13:28 27 baxış
Qaçqınları daşıyan yük maşını aşdı: 18 ölü, 30 yaralı - Video

Əfqanıstanın Laqman əyalətinin Qarğayi rayonundakı magistral yolda geri qayıdan əfqan qaçqınlarını daşıyan yük maşını aşıb.


Axar.az xəbər verir ki, bu barədə Sinxua" agentliyi məlumat yayıb.


Qeyd edilib ki, 10-u uşaq və 5-i qadın daxil olmaqla 18 nəfər hadisə yerində ölüb, 30 nəfər isə xəsarət alıb.


Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.


Araşdırma davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər