Digər

Münhendə hava limanı fəaliyyətini dayandırdı – PUA təhlükəsi

30 May 2026, 13:55 28 baxış
Münhendə hava limanı fəaliyyətini dayandırdı – PUA təhlükəsi

Almaniyanın Münhen Beynəlxalq Hava Limanında bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının ərazidə müşahidəsi səbəbi ilə hava hərəkəti müvəqqəti dayandırılıb.


Axar.az xəbər verir ki, PUA şübhəsi ilə təhlükəsizlik tədbirləri görülüb və həm uçuş-enmə zolaqları bağlanıb, həm də ümumi hava əməliyyatları qısa müddətə dayandırılıb.


Polis hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.


Hava limanı əməliyyatları bərpa etsə də, bəzi reyslərdə gecikmə və ləğvlər qeydə alınıb.


Hazırda vəziyyət nəzarət altındadır və araşdırma davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər