Digər

ABŞ bu ölkələrin müdafiəsinə pul xərcləməyəcək

30 May 2026, 12:44 26 baxış
ABŞ bu ölkələrin müdafiəsinə pul xərcləməyəcək

ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.


O bildirib ki, ABŞ-a himayə altındakı dövlətlər deyil, tərəfdaşlar lazımdır:


“Bizə asılılığa yox, ortaq məsuliyyətə əsaslanan ittifaqlar lazımdır. Belə yanaşma ittifaqlar üçün möhkəm təməl yaradır, onların keçən əsrin deyil, bu əsrin çağırışlarına hazır olmasını təmin edir”.

Mənbə axar.az

Oxşar Xəbərlər