Digər

Ukrayna Rusiyanın neft obyektlərini vurdu - Video

30 May 2026, 11:01 25 baxış
Ukrayna Rusiyanın neft obyektlərini vurdu - Video

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Teleqram kanalında məlumat yayıb.


Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb.


İlkin məlumata görə, xəsarət alan yoxdur.


Bundan başqa, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir.


Hadisə ilə bağlı məlumatın dəqiqləşdirildiyi qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər