Digər

ABŞ İranla bağlı 3 variantı nəzərdən keçirir

30 May 2026, 10:35 19 baxış
ABŞ İranla bağlı 3 variantı nəzərdən keçirir

ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla bağlı mümkün addımlarından danışıb. O bildirib ki, hazırda hadisələrin inkişafı üçün üç variant nəzərdən keçirilir.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Bessentin sözlərinə görə, mümkün variantlar bunlardır: razılaşmanın əldə olunması, blokadanın davam etdirilməsi və təzyiqin gücləndirilməsi, yaxud hərbi əməliyyatlara qayıdış.


Nazir qeyd edib ki, onun fikrincə, təzyiqin artırılması qarşı tərəfin vəziyyətini hər gün daha da ağırlaşdırır.

Mənbə axar.az

Oxşar Xəbərlər