Digər

Rusiya qırıcıları hava məkanını pozdu, Fransa hərəkətə keçdi

30 May 2026, 01:46 26 baxış
Rusiya qırıcıları hava məkanını pozdu, Fransa hərəkətə keçdi

Rusiyaya məxsus iki Su-30 qırıcısı Baltikyanı ölkələrin hava məkanına daxil olub. Onları müşayiət etmək üçün Fransanın “Rafale” qırıcıları havaya qaldırılıb.


Axar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri məlumat yayıb.


Məlumata görə, Rusiya təyyarələri Baltikyanı ölkələrin hava məkanına uçuş planı olmadan daxil olub. NATO-nun Litvanın Şaulyay şəhərində yerləşən aviabazasından “Rafale” qırıcıları əmrdən dərhal sonra havaya qalxıb.


Fransa ordusu Rusiya qırıcılarının hansı ölkənin (Latviya, Litva və Estoniya) hava məkanına daxil olduğunu dəqiqləşdirməyib.


Hadisənin nə vaxt baş verdiyi də açıqlanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər