Digər

Hudson tunelində ağır qəza: Yanğın başladı - Foto

30 May 2026, 00:27 26 baxış
Hudson tunelində ağır qəza: Yanğın başladı - Foto

Nyu-Yorkla Nyu-Cersi arasındakı Hudson tunelində iki yük qatarının toqquşması yanğına səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.


Açıqlamaya görə, hadisə nəticəsində 5 dəmiryolçu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.


Bildirilib ki, toqquşma nəticəsində elektrik sistemi zədələndiyindən yanğın başlayıb.


Qəza səbəbindən Pensilvaniya vağzalında bir neçə istiqamət üzrə hərəkət bir neçə saat dayandırılıb.


Yanğın və hərəkətin məhdudlaşdırılması səbəbindən vağzalda böyük növbələr yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər