Siyasət
Prezident İlham Əliyev: "Hər gün gücümüz artır, bölgədə söz sahibiyik" - VİDEO
"Dəmir yumruq" hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik". Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib.
"Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi beş il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir. Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın".

Mənbə
oxu.az