Siyasət
Ermənistan iki yol ayrıcında: Rusiya və Qərb savaşında İrəvanı yeni poliqona çevrilir?
Ermənistanda iyun ayının 7-də keçiriləcək parlament seçkisi yaxınlaşdıqca, Cənubi Qafqazda geosiyasi qarşıdurmanın artdığı müşahidə edilir. Belə ki, artıq Ermənistanın daxili siyasi gündəmi təkcə İrəvanda deyil, həm də Qərb və Rusiyanın siyasi elitalarında formalaşır, müəyyən güclər bu ölkədəki proseslərə birbaşa təsir göstərirlər. Buna görə də İrəvan getdikcə böyük güclərin rəqabət meydanına çevrilir, "Ukrayna modeli" kimi Qərblə Rusiyanın toqquşduğu yeni poliqon olur. Bunun fonunda Ermənistanın hazırkı siyasi mənzərəsinə nəzər saldıqda ölkədə ideoloji baxımdan müstəqil və milli maraqlar üzərində qurulan siyasi platformaların zəiflədiyi görünür. Siyasi düşərgələr əsasən iki istiqamətdə bölünür: Qərblə inteqrasiyanı prioritet hesab edən qüvvələr, Rusiyanın təhlükəsizlik orbitində qalmağın vacibliyini müdafiə edən dairələr. Baş nazir Nikol Paşinyan 2018-ci ildə Serjik Sarkisyanı devirib Qərbin dəstəyi ilə hakimiyyətə gələndən sonra Rusiyaya qarşı hökumətdə və ictimaiyyət arasında təbliğat maşını işə düşdü, əlaqələr bəzən hətta qırılma nöqtəsinə qədər gəlib çıxdı. Düzdür, Qərbin İrəvana ayaq açması Rusiyanı Ermənistandan tamamilə uzaqlaşdırmadı, əksinə, iki ölkə arasında ticarət həcminin əvvəlki illərə nisbətən artması belə baş verdi. Fəqət, Koçaryan və Sarkisyan hakimiyyətləri dövründə Ermənistan tamamilə Rusiyanın himayəsində olsa da, bu gün Qərbin də bu ölkədə təsiri az deyil. Necə deyərlər, ölkə sözün əsl mənasında iki yol ayrıcında qalıb. Son illərdə İrəvan Moskva ilə saxladığı məsafəni bir az da dərinləşdirərək Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları ilə münasibətləri daha da yaxınlaşdırıb, mülki müşahidə missiyası adı altında Avropanın casusluq edən jandarmaları Azərbaycanla sərhədyanı ərazilərdə yerləşdirilib, NATO ölkələri ilə əməkdaşlıq genişləndirilib. Bunun paralelində isə KTMT-yə qarşı sərt ritorika daha da artıb. Digər tərəfdən, Ermənistan daxilində Rusiyaya yaxın siyasi və iqtisadi elitalar bu kursu ölkə üçün təhlükəli hesab edirlər. Moskva üçün də bu tendensiya qəbuledilən deyil, çünki Rusiya Ermənistanın təkcə müttəfiqi yox, həm də onun Cənubi Qafqazda strateji dayaq nöqtəsidir. Buna görə də Kremlin İrəvandakı prosesləri diqqətlə izlədiyi və müxtəlif təsir mexanizmlərini qorumağa çalışdığı açıq-aşkar müşahidə olunur.
Bütün bunların fonunda isə Ermənistan üçün baş verə biləcək ən qorxulu hadisə Ukrayna nümunəsidir. Bunun əsas səbəbi də xarici güclərin rəqabəti nəticəsində ölkənin mümkün daxili siyasi parçalanma ehtimalıdır. Necə ki, 2014-ci ildə Qərb və Rusiyanın toqquşması nəticəsində başlayıb 2022-ci ildə özünün ən aktiv fazasına qədəm qoyan Ukrayna böhranı hələ də davam edir, Ermənistanda da "Qərb yönümlü gələcək" və "Rusiya təhlükəsizlik sistemi" arasında seçim dilemması ilə bu təhlükə İrəvan üçün də istisna olunmur. Üstəlik, bu böhran Cənubi Qafqaz üçün də yad deyil, çünki Ukrayna münaqişəsindən əvvəl bu toqquşma meydanı 2008-ci ildə Gürcüstanda baş verib. Nəticədə Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya və Abxaziya öz müstəqilliyini elan etdi, müharibədən sonra isə işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradıldı. Gürcüstan isə hələ də öz ərazi bütövlüyünü və suverenliyini, bu ərazilər üzərində konstitusiya quruluşunu bərpa etməyib. İndi isə baş verənlər Ermənistanı da geosiyasi qarşıdurmanın ön xəttinə çıxarır, onu eyni aqibətlə üz-üzə qoyur.
Bu kontekstdə hazırda iki simanın adı xüsusi ilə ön plana çəkilir: Rusiyada böyük biznes imperiyası quran, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyan və separatçı-terrorçu Ruben Vardanyan. Moskva üçün Paşinyana alternativ olan Karapetyan iqtisadi resursları, media və biznes əlaqələri ilə potensial təsir alətidir. Rusiya Ermənistanda itirilən mövqeyini Karapetyan vasitəsi ilə yenidən bərpa etmək istəyir. Ruben Vardanyan isə həm Rusiyada formalaşan maliyyə çevrələrinin nümayəndəsi, həm də Qərbin siyasi dairələri ilə əlaqələri olan şəxsdir. O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmiş və separatçı qurumda "dövlət naziri" vəzifəsinə belə yiyələnmişdi. Onun qısa müddətdə siyasi fiqura çevrilməsi təsadüfi hesab olunmurdu. Onun fəaliyyəti həm Moskvanın, həm də müəyyən beynəlxalq dairələrin maraq balansında xüsusi yer tuturdu. Lakin həmin qüvvələr çirkin niyyətlərini həyata keçirə bilmədilər və Vardanyan 2023-cü il sentyabrında Qarabağdan Ermənistana doğru hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya aparıldı. Üzərindən bir neçə gün keçəndən sonra isə Dövlət Təhlükəsizliyi Xidməti Vardanyanın təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunması barədə məlumat yaydı. O, bu gün Azərbaycanda öz layiqli cəzasını çəkməkdədir.
Təsadüfi deyil ki, həmin qüvvələr elə bu gün də onun vasitəsi ilə öz məkrli planlarını həyata keçirmək cəhdindən əl çəkmirlər. Buna nümunə kimi isə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Lusi Moreno Okampunun və onun ətrafının Azərbaycan əleyhinə kampaniyanın müzakirəsini apararkən faktiki olaraq özlərini ifşa etdikləri videoyazıları göstərmək olar. Həmin qeydlərdə erməni lobbisinin, Avropa siyasətçilərinin və Rusiyanın erməni biznes dairələri ilə əlaqəli maliyyə axınlarının iştirakı ilə qurulmuş sistemli təzyiq mexanizmi üzə çıxdı. Okampo Avropa Parlamentindəki (AP) əlaqələrini gizlətmir, Jozep Borrelin çevrəsini və onun özünü işarə verir və heç bir tərəddüd etmədən Avropa İttifaqının (Aİ) qərarlarına təsir mexanizmlərini - hətta Avropa Komissiyasına (AK) təzyiq imkanlarını təsvir edir. Paralel olaraq maliyyə mexanizmləri də üzə çıxır: əvvəlcə vəsaitlər erməni mənbələrindən daxil olub, daha sonra əsasən Rusiyadan olan varlı diaspor nümayəndələrindən ibarət sponsorlar qrupu qoşulub və onların arasında Samvel Karapetyan və Ruben Vardanyan da var. Bundan əlavə, ayrı-ayrı epizodlar Ermənistanın daxili proseslərinə müdaxiləni də göstərir - hətta hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirəsinə qədər. Yekunda hədəf kimi təkcə lobbiçilik yox, həm Bakıya qarşı yönələn, həm də regional sabitliyi sarsıtmağa hesablanmış çoxsəviyyəli əməliyyat dayanır. Bu səbəbdən Vardanyan və Karapetyan məsələsi təkcə iki şəxsin taleyi deyil, Ermənistan üzərində nüfuz uğrunda gedən daha geniş geosiyasi mübarizənin elementidir.
Səbəb də sadədir: 2020 və 2023-cü illərdə Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Regionda rəsmi Bakının iradəsindən, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyindən kənar, milli maraqlarımıza zidd heç bir proses cərəyan etmir. Həmin məkrli tərəflər isə mövcud reallığı dəyişərək siyasi sabitliyi pozmaq və bölgədə təsirlərini artırmaq arzusundadırlar. Halbuki nəticədə Ermənistan böyük dövlətlərin geosiyasi toqquşma zonasında yerləşən platformaya çevrilir... Bir sözlə, əgər İrəvan milli maraqlara əsaslanan müstəqil siyasi kurs formalaşdıra bilməsə, xüsusən də qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq əvəzinə yenə də müxtəlif ölkələrin təsir və təzyiqi ilə destruktiv siyasətə alət olsa, onun geosiyasi poliqona çevrilməsi riski daha da artacaq.

Mənbə
oxu.az
Oxşar Xəbərlər