Digər
Uğursuz bir dövlətin mövcudluğu ABŞ-a təhdiddir - Rubio
ABŞ administrasiyası Kuba ilə danışıqları davam etdirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio qeyd edib.
“Biz onlarla danışacağıq və bunun üzərində işləməyə davam edirik. Biz Kuba xalqı üçün yaxşı bir nəticə istəyirik. Kuba bizim sahillərimizdən cəmi 90 mil (təxminən 150 km) məsafədədir və sahillərimizdən 90 mil uzaqlıqda uğursuz bir dövlətin mövcudluğu ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır”, - deyə Rubio bildirib.
Mənbə
axar.az