Digər
Putin ölkəyə daxil olarkən qırıcılarla müşayət olundu
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Qazaxıstan dövlət sərhədini keçdiyi andan Astana hava limanına enişə qədər bu ölkənin qırıcı təyyarələri tərəfindən müşayiət olunub.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Putin Qazaxıstanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək, daha sonra da mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.
Mənbə
axar.az