Digər

Zelenski Trampa xəbərdarlıq məktubu göndərdi

27 May 2026, 19:18 2 baxış
Zelenski Trampa xəbərdarlıq məktubu göndərdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.


"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.


Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dan asılı olduğu vurğulanıb.


Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər