Digər
Tehranın İmam Xomeyni hava limanında yanğın...
İranın paytaxtı Tehran şəhərinin İmam Xomeyni hava limanında yanğın baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə "Khabar Fouri" agentliyi məlumat yayıb.
Yanğın hava limanının gömrük binasında qeydə alınıb.
Hadisənin səbəbi, dəyən ziyanın miqyası və ehtimal olunan qurbanlar barədə hələ dəqiq məlumat yoxdur.
Xilasetmə xidmətləri və yanğınsöndürənlər hadisə yerindədir.
Qeyd edək ki, bu hava limanı İranın əsas beynəlxalq aeroportudur və Tehrandan 30 kilometr cənubda yerləşir.
Mənbə
axar.az