Digər

Rusiyanın İrana təklifi hələ də masadadır - Ryabkov

27 May 2026, 17:26 2 baxış
Rusiyanın İrana təklifi hələ də masadadır - Ryabkov

Rusiyanın yüksək zənginləşdirilmiş İran uranının ölkədən çıxarılması ilə bağlı təklifi masadadır.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.


“Amma biz heç kimi heç nəyə məcbur etmirik. Sadəcə hesab edirik ki, bizim ideyamız kifayət qədər məntiqlidir və bu, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) fəaliyyətdə olduğu dövrdə malik olduğumuz təcrübədən qaynaqlanır”, - o bildirib.


Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin zənginləşdirilmiş uranın İrandan Rusiyaya ötürülməsini təklif edib, lakin təklif ABŞ tərəfindən rədd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər