Digər
Zelenski daha 2-3 illik müharibəyə hazırlıq əmri verdi
Ukrayna Prezidenti Vladimir Zelenski daha 2-3 il davam edə biləcək müharibəyə hazırlıq görülməsi barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Səbəblər kimi sülh danışıqlarının faktiki olaraq pozulması, Rusiyanın kompromisə getməkdən imtina etməsi və ABŞ-ın danışıqlardakı iştirakını mərhələli şəkildə azaltması göstərilir. Rusiya ümumi səfərbərlik elan etməyə və payıza qədər Donbas sərhədlərinə çatmağa hazırlaşır. Bildirilir ki, Moskva tərəfi danışıqlarda razılığa gəlmək niyyətində deyil”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az