Digər
Rusiyaya uçuş icazəsi verilmədi, sərnişinlər yolda qaldı
Türkiyənin çarter aviaşirkəti “Air Anka” uçuş icazəsi verilmədiyi üçün Rusiyaya və Rusiyadan uçuşları ləğv etmək məcburiyyətində qalır.
Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Nəqliyyat Nazirliyinə yaxın mənbəyə istinadla məlumat yayıb.
"Onlar (aviaşirkət - red.) aviasiya orqanlarının razılığı olmadan uçuşlar satmağa başlayıblar", - mənbə bildirib.
Məlumata görə, sərnişinlər Rusiya və Antalya hava limanlarında qalıblar.
Mənbə
axar.az