Digər

ABŞ Sakit okeanda katerə zərbə endirdi: ölən var - Video

27 May 2026, 13:40 3 baxış
ABŞ Sakit okeanda katerə zərbə endirdi: ölən var - Video

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.


"Kəşfiyyat təsdiqləyib ki, kater Sakit okeanın şərq hissəsindəki məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət edirdi və narkotik qaçaqmalçılığı üçün istifadə olunurdu", - deyə komandanlığın sosial şəbəkə hesabında bildirilib.


Qeyd olunur ki, hücum zamanı bir nəfər həlak olub, iki nəfər sağ qalıb. Bununla əlaqədar Cənub Komandanlığı Sahil Mühafizəsini axtarış-xilasetmə sistemini aktivləşdirmək zərurəti barədə xəbərdar edib.


Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər