Digər
Magyar BCM-dən çıxmaq qərarını ləğv etdi
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq niyyətini geri götürür.
Axar.az xəbər verir ki, bunu Macarıstanın yeni Baş naziri Peter Magyar özünün X səhifəsində yazıb.
“Hökumət Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini geri götürür və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir", - o bildirib.
Qeyd edək ki, keçmiş baş nazir Viktor Orban Macarıstanın BCM-dən çıxacağını elan etmişdi.
Mənbə
axar.az