Digər

Qazaxıstanda An-2 qəzaya uğradı: ölən var

27 May 2026, 11:37 2 baxış
Qazaxıstanda An-2 qəzaya uğradı: ölən var

11:23


Qazaxıstanda An-2 təyyarəsi qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.


Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.


***


Qəza Pavlodar vilayətinin Jelezinka kəndi yaxınlığında baş verib.


Bildirilib ki, təyyarə ilə aviasiya-kimyəvi işləri aparılırmış.


İlkin məlumata görə, təyyarə elektrik xətlərinə dəyib.


Qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfərdən biri ölüb. Fövqəladə Hallar Departamentinin əməkdaşları ikinci pilotu xilas ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər