Digər
Ukrayna Qərbin hökmranlığına başlayır - Puşkov
Ukrayna Qərbin hökmranlıq sferasına daxil olur və Qərb mediası bunu müstəqillik uğrunda mübarizə kimi təqdim edir.
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
"Ukraynanın hazırda etdiyi şey müstəqillik uğrunda mübarizə kimi təqdim olunur. Hansı müstəqillik? Bu, Ukraynanın təkcə təsir dairəsinə deyil, həm də Qərbin hökmranlığı dairəsinə keçididir. Ukrayna suverenlik uğrunda mübarizə aparmır, Qərbin bir hissəsi olmaq və belə desək, Rusiyaya qarşı hücum bazası olmaq üçün mübarizə aparır", - deyə Puşkov bildirib.
O, həmçinin qeyd edib ki, Qərb yardımı büdcəsinin təxminən 60%-ni təşkil etdiyi üçün Ukraynanın suverenliyindən danışmaq mümkün deyil.
Mənbə
axar.az