Siyasət

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

26 May 2026, 19:12 12 baxış
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. ​Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. ​Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər