Siyasət

Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

26 May 2026, 18:26 2 baxış
Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrikində Ermənistanla sülhün əldə olunması yolunda atılan addımların Birləşmiş Ştatları ruhlandırdığını bəyan edib.


Axar.az xəbər verir ki, ABŞ lideri İlham Əliyevə məktubunda qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir:


"Ötən ilin avqust ayında parafladığınız sülh sazişinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, həmçinin sərhədlərin delimitasiyası üzrə davam edən proses, 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması, Ermənistana yanacaq tədarükü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən "Sülh Körpüsü" təşəbbüsü bizi ruhlandırır".

Mənbə axar.az

Oxşar Xəbərlər