Siyasət
Prezident üç nəfərə dövlət mükafatı verdi - SİYAHI
Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilir: Elm sahəsi üzrə Asəf Hacı oğlu Hacıyev - "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına gör Tarix Meyrut oğlu Dostiyev - Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə Mədəniyyət sahəsi üzrə Eldar Hidayət oğlu Mikayılzadə - "Azərbaycan xalçası - ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.
Mənbə
oxu.az