Siyasət
Bir sıra məhkəmələrə hakimlər və kollegiyalara sədrlər təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alınaraq və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq, apellyasiya məhkəmələri üzrə: aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilirlər: - Əkbərov Mübariz Dosməmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin sədri; - Paşayev Tofiq Temir oğlu - Sumqayıt Apellyasiya Məhkəməsinin sədri; - Quliyev Nuru Nadir oğlu - Şəki Apellyasiya Məhkəməsinin sədri; - Abdullayev Vəli Əsgər oğlu - Şirvan Apellyasiya Məhkəməsinin sədri; ağır cinayətlər məhkəmələri üzrə: - Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri; - Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilirlər. Həmçinin "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, apellyasiya məhkəmələri üzrə: Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilir; ağır cinayətlər məhkəmələri üzrə: - Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi; - Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi; - Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilirlər; hərbi məhkəmələr üzrə: Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilir; kommersiya məhkəmələri üzrə: Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilir; Bakı şəhərinin rayon məhkəmələri üzrə: - Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilir; rayon (şəhər) məhkəmələri üzrə: - Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri; - Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri; - Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilirlər. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mənbə
oxu.az