Digər

Yeganə ölkə bizik ki, İsrailin adı belə yoxdur - Pakistan

26 May 2026, 11:29 1 baxış
Yeganə ölkə bizik ki, İsrailin adı belə yoxdur - Pakistan

Şəxsən mən düşünmürəm ki, əsas ideologiyalarımızla ziddiyyət təşkil edən hər hansı bir sazişə qoşulmalıyıq.


Axar.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asif deyib.


“Sözünə bir gün belə etibar etmək mümkün olmayan insanlarla necə eyni masaya otura bilərsiniz? Bizim mövqeyimiz çox aydındır. Bu bizim üçün qəbuledilməzdir. Pasportlarımızda İsrailin adı belə qeyd olunmayan yeganə ölkə bizik”, - o bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderlərilə telefon danışığı zamanı İranla münaqişə bitdikdən sonra hələ də İbrahim Sazişlərinə qoşulmayanların İsraillə münasibətlərini normallaşdırmasını gözlədiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər