Digər

SİMA rəqəmsal imza "Birbank"da

26 May 2026, 10:57 3 baxış
SİMA rəqəmsal imza "Birbank"da
SİMA yeni nəsil biometrik imza "Birbank" mobil tətbiqinə inteqrasiya edilib. Artıq vətəndaşlar mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyətlərini "SİMA İmza"nın üztanıma texnologiyası vasitəsilə anında təsdiqlədə biləcəklər. Bir dəqiqə çəkən proses zamanı "Birbank" daxilində istifadəçinin rəqəmsal imzası yaradılacaq. Həm "Birbank", həm də "Bir ekosistem"ə aid digər platformalarda məsafədən kimliyin təsdiqlənməsi və sənədlərin imzalanması zamanı "SİMA İmza"dan istifadə ediləcək. Qeyd edilən yenilik həm yeni istifadəçilərə, həm də "Birbank"da qeydiyyatı olan mövcud istifadəçilərə (mobil tətbiqdən çıxış edib yenidən daxil olan zaman) şamil edilib. Yeni inteqrasiya istifadəçilərə daha sürətli, rahat və innovativ rəqəmsal identifikasiya təcrübəsi təqdim etməklə yanaşı, rəqəmsal ekosistemin inkişafına da töhfə verir. "SİMA İmza" haqqında SİMA yeni nəsil rəqəmsal imza "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" tərəfindən yaradılıb. Hazırda "SİMA İmza" tətbiqinin endirilmə sayı 6.5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə "SİMA İmza" mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər