Digər

İrandan xəbərdarlıq: Neft 200 dollar olacaq

26 May 2026, 10:06 19 baxış
İrandan xəbərdarlıq: Neft 200 dollar olacaq

ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz.


Axar.az xəbər verir ki, bunu SEPAH rəsmisi İbrahim Zülfüqari X səhifəsində yazıb.


“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü nümayiş etdirib. Neftin bir barelinin 200 dollar olacağna hazır olun”, - o bildirib.


Qeyd edək ki, ötən gecə ABŞ ordusu İranın cənubuna zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər